"Kurtlar Vadisi" martın 5-de qayıdır!
Polat Alemdar ilk 4 seriyada evlənəcək
“Kurtlar Vadisi pusu” serialı iki aylıq fasilədən sonra martın 5-də yenidən Show TV-də yayımlanacaq. Filmin ssenari müəlliflərindən Bahadır Özdüner filmdəki sürpriz yeniliklər barədə Türkiyə mətbuatına açıqlama verib. B. Özdenerin sözlərinə görə, filmin qəhrəmanı Polat Aləmdar ilk 4 bölümdə etmədiyi bir şeyi edəcək • evlənəcək. Bundan başqa, düşmənləri Polada böyük bir sürpriz hazırlayacaqlar. P. Alemdar çox böyük bir oyunla üzləşəcək. “Kurtlar Vadisi pusu” serialının Show TV-də yayımı iqtisadi səbəblərlə bağlı olaraq dayandırılmışdı. //
|