SITE LOGO cume, 22.09.2017, 02:02
Main | Registration | Login Welcome QONAQ | RSS
Login form
Login:
Password:

Section categories
Klip [0]
Proqramlar [4]
Dini [0]
Maraqli [5]
REP [1]
Musahibeler [2]
Sports [0]
Aforizmler [0]
Elektron kitablar [0]
Oyun [5]
Sou Biznes [0]
Taninmislar [0]
Sevgi [0]
Muxtelif movzulu MESAJLAR [1]
Telefon bolmesi [1]
Sekiller [3]
MP-3 LER [1]
HOST [7]
Yumor [0]

Search

Calendar
«  FEVRAL 2009  »
bab.ec.acec.acuse
1234567
891011121314
15161718192021
22232425262728

Main » 2009 » FEVRAL » 13 » BEXTIYAR VAHABZADE vefat etdi
BEXTIYAR VAHABZADE vefat etdi
20:04
                                 
 
 
 
Bəxtiyar Vahabzadə vəfat etdi
Xalq şairi ilə vida mərasimi sabah BDU-da keçiriləcək

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə 84 yaşında vəfat edib.Xalq şairi ilə vida mərasimi fevralın 14-də keçiriləcək. Bakı Dövlət Universitetindən aldığımız xəbərə görə, vida mərasimi bu təhsil ocağında baş tutacaq. Hələlik ölkə prezidenti İlham Əliyev tərəfindən dəfn komissiyasının formalaşdırılması ilə bağlı sərəncam verilmədiyindən, mərasimin saat neçədə keçiriləcəyi məlum deyil. Bu axşam dəfn komissiyasının formalaşdırılacağı və iclas keçirəcəyi gözlənilir. Vida mərasimi ilə bağlı bütün detallar da yalnız iclasdan sonra məlum olacaq.

Şair, dramaturq, alim, publisist, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycanın xalq şairidir.
Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib.
Bəxtiyar Vahabzadə 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaucan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə Universitetin nəzdində aspiranturaya qəbul olunub. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsi alıb.
Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya Müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülüb. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib, 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətilə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinə(1980-1995), 1 dəfə isə Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilib (1995-2000).

ALLAH REHMET ETSIN.AZREBAYCAN DAHA BIR DAHI OGLUNU ITIRDI.
 
Views: 1867 | Added by: hostcu | Rating: 0.0/0 |
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Entries archive

Our poll
Sayt necedi?
Umumi cavablar: 77

Site friends
  • Create your own site

  • Statistics

    SAYTDA(ONLINE): 1
    QONAQ: 1
    ISTIFADECILER 0

    Copyright MyCorp © 2017