SITE LOGO bazar, 28.04.2024, 17:49
Main | Registration | Login Welcome QONAQ | RSS
Login form
Login:
Password:

Section categories
Klip [0]
Proqramlar [4]
Dini [0]
Maraqli [5]
REP [1]
Musahibeler [2]
Sports [0]
Aforizmler [0]
Elektron kitablar [0]
Oyun [5]
Sou Biznes [0]
Taninmislar [0]
Sevgi [0]
Muxtelif movzulu MESAJLAR [1]
Telefon bolmesi [1]
Sekiller [3]
MP-3 LER [1]
HOST [7]
Yumor [0]

Search

Calendar
«  FEVRAL 2009  »
bab.ec.acec.acuse
1234567
891011121314
15161718192021
22232425262728

Main » 2009 » FEVRAL » 8 » A-CUCENIN NAGILI
A-CUCENIN NAGILI
16:14
    
                                                           CUCENIN NAGILI
 
                                            
 
                         
                                                              CUCENIN NAGILI
 
 
 
 
Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ? İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”. Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı...

Qaraqan
 
 
 
SERHLERINIZI YAZMAGI UNUTMAYIN
                                                   
                                                        
Category: HOST | Views: 1889 | Added by: hostcu | Rating: 4.0/1 |
Total comments: 3
21.07.2012
3. mehriban [Material]
men o divari qirdiqima pesmanam kim bele dunyada yasamaq isteyer ancaq ezab,haqsizliq

14.06.2011
2. Nahid [Material]
cox gozel nagildi.mentiqi duwunsek bu hamimiz ucun heyat dersidir men hele o divari awa bilmemiwem cox isteyiremki bu qefesden azad olum .HOST men sizi axtariram meni tap...

22.01.2010
1. Ayat [Material]
ne demek istediyini bilmedim.ugurlar

Only registered users can add comments.
[ Registration | Login ]
Entries archive

Our poll
Sayt necedi?
Umumi cavablar: 77

Site friends
  • Create your own site

  • Statistics

    SAYTDA(ONLINE): 1
    QONAQ: 1
    ISTIFADECILER 0

    Copyright MyCorp © 2024